Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada iki yeni yoluxma faktı qeydə alınıb, müalicə alan şəxslərdən beş nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.