Dollar milyarderi, Rusiya Federasiyasında ilk müstəqil qaz şirkəti “İtera”nın yaradıcısı və “Areti” beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov 2023-cü ildə Rusiya vətəndaşlığından imtina edərək Kiprin vətəndaşı olaraq qalıb.
Bunu Forbes jurnalının saytında biznesmenin profilindən əldə edilən məlumatlar sübut edir.