Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Prokurorluq: Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması faktı ilə bağlı araşdırma aparılır

700
Paylaş:
Prokurorluq: Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması faktı ilə bağlı araşdırma aparılır

Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Paylaş:

Ən son xəbərlər