Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi, "Sea Breeze" istirahət zonasının ərazisində yaşayış binasının tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 13 min 365,86 kv. metr olacaq bina 8 mərtəbəli olacaq. Binada ümumilikdə 112 otaq olacaq.