Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Deputata məxsus şirkətdən xəbər var

1 226
Paylaş:
Deputata məxsus şirkətdən xəbər var

"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.

Pravda.az-ın xəbərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

Qiymətli kağızlar "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə, qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. BOKT-un səhmlərinin 60%-i Elşad Abbasova, 40%-i isə Milli Məclisin üzvü Məşhur Məmmədova məxsusdur.Report

Paylaş:

Ən son xəbərlər