Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Kişineu hava limanında atışma olub

810
Paylaş:
Kişineu hava limanında atışma olub

Moldovanın paytaxtı Kişineuda hava limanında atışma olub.

Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, ölkəyə girişi qadağan olunmuş xarici vətəndaş sərhədçiyə atəş açıb və binalardan birində barrikada qurub. Sərnişinlər binadan təxliyə edilib.

Problem aradan qaldırılana qədər Kişineu hava limanında uçuşlar dayandırılıb.

İnsident nəticəsində bir sərhədçi yaralanıb./Report

Paylaş:

Ən son xəbərlər