Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Lökbatan qəsəbəsindəki "Qobu park" yaşayış kompleksindəki 18-ci binada qeydə alınıb.
Belə ki, 10-cu mərtəbədə yerləşən 50-ci mənzilin sahibi Coşqun Mehdiyev ailəsi ilə birgə yaşadığı mənzili yandıraraq dama çıxıb.
Qonşular alovun qarşısına almağa çalışsa da onların köməyinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çatıb.