Məzmuna keç
Pravda.az — xəbər portalı
Qarabağ

“Qisas” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparıldı

839
Paylaş:
“Qisas” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparıldı

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.


Pravda.az APA-ya istinadən xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət ediblər. Meyitlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.


Proses iyulun 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.


Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib.


Qeyd edək ki, “Qisas” əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.

Paylaş:

Ən son xəbərlər