Niderland Kralı Villem-Aleksandr ölkəsinin köləlik tarixindəki roluna görə rəsmi şəkildə üzrə istəyib.
Kral Villem-Aleksandr Niderlandın keçmiş koloniyalarında köləliyin sona çatmasının 150 illiyinə həsr olunmuş rəsmi tədbirdə çıxışında üzr istəyib.
Niderland Kralı Keçmiş Köləliyin Milli Anma Günü münasibətilə nitq söyləyib. "Bu gün mən burada sizin qarşınızda dayanıram. Sizin Kralınız və hökumətin bir hissəsi kimi mən bu gün üzr istəyirəm", - deyə o bildirib.