Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Merin evinə hücum edilib, həyat yoldaşı və övladı yaralanıb

756
Paylaş:
Merin evinə hücum edilib, həyat yoldaşı və övladı yaralanıb

Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyini, həyat yoldaşı və uşağının yaralandığını bildirib.

Bu barədə meriyanın rəhbəri tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:

“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub./Report

Paylaş:

Ən son xəbərlər