Bəzi bürclər sevgidə uğursuz olurlar. Çünki onlar tam sevə bilmədiklərindən bacarıqsızlıqlarını nümayiş etdirirlər. Bu bürclərin sevgi mövzusunda əlləri və ayaqları dolaşır. Onlar üçün sevgidə irəliləyiş yoxdur. Əksinə, sevginin ən qəddar formasını yaşayırlar.
Astroloqların fikrinə istinadən sözügedən bürcləri təqdim edirik:
Buğa bürcü
Buğalar adətən emosiyalarını idarə edən güclü xarakterə malikdirlər. Ancaq söz sevgiyə gəldikdə, nəzarət nöqtələri alt-üst olur. Bu bürcün nümayəndələri qarşı tərəfin hər sözünü tərs başa düşür. Buğalar adətən məntiqlə hərəkət edirlər. Məntiq sevgiyə müdaxilə etdiyi üçün daxili münaqişə yaranır.