Xəbər verdiyimiz kimi, 30 iyunda İsmayıllıya yağan leysan yağışlardan sonra başlayan sel suları "Mersedes AMG" markalı maşını aparmışdı.
Pravda.az axar.az-a istinadla xəbər verir ki, yağış kəsəndən sonra maşını çaydan çıxarmaq üçün cəhd edilib. Ancaq məlum olub ki, 77-FM-555 markalı avtomobil yarıya qədər torpağa batıb və onu çıxarmaq mümkün deyil.
Qeyd edək ki, Cülyan kəndi İsmayıllının ən səfalı ərazilərindən biridir. Kənddə Cülyan şəlaləsi də var.
