"Rəşad Dağlı bu gün məclislərdə olmasa da, qəlbimizdədir. Rəşadın güclü meyxanaçı olduğunu dediyimə görə, məndən incidilər". Pravda.az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "A-dan Z-yə" proqramında qonaq olarkən deyib. O, hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı bu fikirləri səsləndirib:
"Dəfələrlə demişəm, indi də təkraralayıram, bu günə qədər kimin xətrinə dəymişəmsə, üzr istəyirəm. Kimsə mənim xətrimə dəyibsə, onları da bağışlayıram. Bu dəqiqə meyxanaçılar var, amma aralarından birini seçmək olmur. Gərək üstündən vaxt keçsin. Rəşad Dağlını əvəz edən yoxdur. Yenə inciyəcəklər məndən. Olanda deyəcəyəm ki, filankəsdir".