Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası bazar ertəsi özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı verib. Bu barədə BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.
BƏƏ-nin baş naziri icazəni ixtisaslaşmış “WeRide” şirkətinin aldığını bildirib.