Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Azərbaycan seysmologiya, geofizika sahəsində öz sözünü deyə bilir" - Qurban Yetirmişli

747
Paylaş:
"Azərbaycan seysmologiya, geofizika sahəsində öz sözünü deyə bilir" -         Qurban Yetirmişli

“2000-ci il zəlzələsindən sonra Azərbaycanda seysmologiyanın yeni bir dövrü başladı. Bu gün respublika ərazisində aparılan seysmoloji, fiziki tədqiqatlar dünyanın ən müasir avadanlıqları ilə emal olunur. Azərbaycan seysmologiya, geofizika sahəsində öz sözünü deyə bilir. Yaponlar, amerikalılar və digər inkişaf etmiş ölkələr öz sıralarına bizi də  qəbul ediblər ki, Azərbaycanda müasir səviyyədə tədqiqatlar aparılır”. 

Pravda.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

“Bakının mikrorayonlaşdırma xəritəsi yoxdur. 1950-ci illərdə olub. İndi bu məsələni önə çəkmişik. Bu tədqiqatlar gedəcək. Bakının, eləcə də respublikanın 8-9 ballıq zonada yerləşməsi məlumdur. Tikintidən öncə bütün nüanslar nəzərə alınır”, - Q.Yetirmişli bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər