“Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi bir hadisədir. O, qanun aliliyinin təmin edilməsində yeni, çox müsbət presedentlər yaradır”.
Pravda.az-ın xəbərinə görə, bu barədə REAL partiyası bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib ki, sözügedən işlər geniş mənada Azərbaycan milli qanunvericiliyi insan haqlarının və fundamental azadlıqlarının qorunmasında son nəticədə səmərəlidir: "Avropa İnsan Haqları Konvensiyasının həmin tərkibə daxil olması bu səmərəni artırır. Bundan sonra qərarların verilmə sürəti baxımından siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi daha da fəallaşdırılmalıdır ki, bu səmərə daha da artırılsın.