Yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. OLAY yazır ki, hadisə ilə bağlı paylaşım edən məşhurlardan biri də müğənni Nigar Camal olub.
Nigarın zəlzələyə reaksiyası: Gül kimi yatırdım...
İfaçı "Facebook" hesabında "Oyatdığınız üçün təşəkkür edirəm. 1001 nəfər zəng edib. Gül kimi yatırdım" sözlərini yazıb.