Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Elektron reseptlərin ilkin olaraq hansı bölgələrdə tətbiq ediləcəyi AÇIQLANDI

672
Paylaş:
Elektron reseptlərin ilkin olaraq hansı bölgələrdə tətbiq ediləcəyi     AÇIQLANDI

Bakıda və bölgələrimizdə İT infrastrukturu inkişaf edib, doğrudur, hamısında eyni dərəcədə deyil, amma var.

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışı zamanı deyib.

“Bu baxımdan, elektron reseptin tətbiq olunması bir sıra neqativ halların qarşısını alacaq. Məsələn, dövlət qeydiyyatında olmayan dərmanlar bu vasitə ilə artıq yazıla bilməyəcək. Onu da nəzərə almaq lazımdır ki, bütün tibb işçiləri eyni düşüncəyə malik deyil”, - o əlavə edib.

O bildirib ki, elektron reseptlə bağlı proqramın 95 faizi artıq həll olunub.

“İlkin olaraq Bakı və digər inkişaf etmiş bölgələrdə dərhal tətbiqə keçəcəyik. Daha sonra isə digər ucqar bölgələrimizdə də eyni sistemi tətbiq etməkdə israrlıyıq”, - nazir müavini əlavə edib.

Paylaş:

Ən son xəbərlər