Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Dənizkənarı Milli Parkda dekorativ ağaca zərər vuran qadına hökm oxundu - YENİLƏNDİ

819
Paylaş:
Dənizkənarı Milli Parkda dekorativ ağaca zərər vuran qadına hökm oxundu -   YENİLƏNDİ

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə. (ad, soyadı şərti) cərimələnib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, qadının azyaşlı uşağının olması nəzərə alınaraq o, 75 manat məbləğində cərimə edilib.

***

16:43

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, qadının barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Qeyd edək ki, M.Ə.-ni 50 manatdan 100 manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir./Report

Paylaş:

Ən son xəbərlər