Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
15:54
Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
15:54
Sabiq deputat, iş adamı Nazim Bəydəmirli Nərimanov Rayon Məhkəməsinə aparılır.
Pravda.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
A.Layıc ehtimal edir ki, N.Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Qeyd: Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.