Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Yazıçılar Birliyinə üzv seçilməyim zəlzələ qorxusunu unutdurdu“

865
Paylaş:
“Yazıçılar Birliyinə üzv seçilməyim zəlzələ qorxusunu unutdurdu“

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bu barədə Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev məlumat verib. Axşam.az xəbər verir ki, bu isə sosial şəbəkədə tənqid edilib. Seyidcahan ünvanına yazılan mənfi şərhlərə cavab verib.

"Xəbər ətər" verilişinə qonaq olan E.Seyidcahan "Ötən gün vəsiqəmi aldım. Ötən ay Anar müəllim mənə zəng etdi və dedi. Dedim ki, öncədən bilsəydim, səsinizi yazardım. Mənim üçün böyük hədiyyə idi. Mən özüm heç bunu paylaşmamışam. Bir neçə gün əvvəl ölkədə zəlzələ oldu, insanlar qorxuya düşdü. Yazıçılar Birliyinə üzv seçilməyim zəlzələ qorxusunu yaddan çıxartdı. Narahat oldular mənim üzv seçilməyimə görə. Biz sənət adamları məlhəmik. Hər zaman deyirlər ki, paxılı narahat etmə, onsuz özü narahatdır" sözlərini deyib. 

Paylaş:

Ən son xəbərlər