Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilovun kobud hərəkətləri nəticəsində dünyasını dəyişmişdi.
Pravda.az Metbuat.az-a istinadla xəbər verir ki, azyaşlının ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
