Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda məmur özünü güllələdi

1 056
Paylaş:
Azərbaycanda məmur özünü güllələdi

Lerik rayonunda 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

Pravda.az-ın xəbərinə görə, o, Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti Aparatının Humanitar şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

İlkin məlumata görə, Q.Quliyevin intiharına xeyli miqdarda pul borcunun olması səbəb ola bilər.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.Report

Paylaş:

Ən son xəbərlər