Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə edilir. Əksəriyyət müğənnin ədəbiyyat sahəsində istedadsız olduğunu əsas gətirərək, ədalətsiz addım atıldığını dilə gətirib.
Məsələyə tanınmış yazar Kəramət Böyükçöldən də reaksiya gəlib. Bizim.Media-ya danışan yazarın açıqlaması isə belə olub: “Görünür, adamlar Yazıçılar Birliyini çox ciddiyə alırlar. Ona görə Elza Seyidcahanın ora üzv olmasına belə təəccüblənirlər. Yazıçılar Birliyinin üç min üzvü var. O üzvlərin əksəriyyətinin şəxsiyyəti və yaradıcılığı ilə tanış olsanız, görərsiniz ki, elə ən fərlisi Elza xanımdır”, - deyə Kəramət Böyükçöl əlavə edib.