Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Qvianalı deputat: Müstəmləkəçi Fransa öz müqəddəratımızı təyin etmək istəyimizə rədd cavabı verir

663
Paylaş:
Qvianalı deputat: Müstəmləkəçi Fransa öz müqəddəratımızı təyin etmək istəyimizə rədd cavabı verir

Fransanın davam etdirdiyi kolonialist siyasəti nəticəsində bu gün Qvianada sosial, iqtisadi və digər sektorlarda dramatik vəziyyət yaranıb.

Bunu Bakıda jurnalistlərə açıqlamasında Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor deyib.

O, Fransanın qvianalıları öz təbii sərvətlərindən istifadə etməyə icazə vermədiyini, əhalini yoxsullaşdırmağa çalışdığını qeyd edib: “Bu gün müstəmləkəçiliyin nəticəsi olaraq istər sosial, istərsə də digər sektorlarda dramatik bir vəziyyət var. Fransa müstəmləkəçiliyinin əsas niyyəti əhalini yoxsul vəziyyətə salmaqdır. Biz öz məhsullarımızı, təbii sərvətlərimizi özümüz istismar edə bilmirik. Məsələn, balıqçılıq, neft-qaz sektorumuz çox inkişaf edib. Təəssüf ki, Fransa bizim öz resurslarımızdan istifadə etməyimizə mane olur. Beynəlxalq hüquq müstəvisində Fransa bizi hər tərəfdən - istər mədəni, istər iqtisadi, istər sosial sahələrdə sıxışdırır, məsələn, bizə öz tariximiz və coğrafiyamız deyil, Fransanın tarix və coğrafiyası öyrədilir”.

Jan-Viktor Kastor qeyd edib ki, qvianalılar yekdilliklə öz muxtariyyətlərinə səs versələr də, Fransa bunu tanımaqdan imtina edib. Deputat Fransanın qvianalıların öz müqəddəratlarını təyin etmək istəyinə bu gün də rədd cavabı verdiyini vurğulayıb: “Təəssüf ki, ölkəmizdə Fransa qanunları tətbiq edilir, biz öz qanunlarımızı tətbiq edə bilmərik. Biz yekdilliklə muxtariyyət üçün səs vermişik, ancaq bu səsvermənin nəticəsi Fransa tərəfindən rədd edilib. Mən Azərbaycan Prezidenti başda olmaqla Qoşulmama Hərəkatının təşkilatçılarına xüsusi minnətdarlığımı bildirirəm, biz Prezidentin söylədiklərinə qoşuluruq və onların həqiqəti əks etdirdiklərini təsdiqləyirik.

Bir daha vurğulayıram ki, Fransa böyük bir müstəmləkəçi gücdür, təəssüf ki, bizim öz müqəddəratımızı təyin etmək istəyimizə Fransa bu gün də rədd cavabı verir”.

Deputat qeyd edib ki, Fransa 1586-cı ildən Qviananı öz müstəmləkəsinə çevirdikdən sonra bölgədə soyqırımı siyasətinə başlayıb: “Fransa oraya gəldiyi zaman heç kimin olmadığını deyirdi, halbuki orada milyonlarla aborigen yaşayırdı. Yerli əhali hazırda 10 min nəfər təşkil edir. Çünki Fransanın müstəmləkəçiliyi yerlilərin soyqırımı ilə başlayıb. Daha sonra afrikalıları bizim ərazilərimizə köçürməyə başladılar. 2023-cü ilədək Fransa Qviananı hərbi əsarəti altında saxlayır. Biz Qviananı Fransa departamenti olmaqdan çıxarıb de-kolonizanasiya kimi qeydiyyatdan keçirmək istəyirik. Bunu bizim polineziyalı dostlarımız da edir. Biz istəyirik ki, digər ölkələr tərəfindən də dəstək alaq, burada olmağımızın məqsədi də bu dəstəyi genişləndirməkdir”./APA

Paylaş:

Ən son xəbərlər