Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənov və Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.