Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

"Virusa qarşı kəllə-paça yeyin" – Azərbaycanlı alim münasibət bildirdi

1 060
Paylaş:
"Virusa qarşı kəllə-paça yeyin" –       Azərbaycanlı alim münasibət bildirdi

İmmuniteti virusa qarşı möhkətlətmək üçün tövsiyyə etdiyim qidalarla qidalanmaq sizi və ailənizi nəinki koronavirusdan, bir çox digər xəstəliklərdən qorumuş olar"

Pravda.az-ın xəbərinə görə, əslən Cənubi Azərbaycandan olan, Almaniya "Beynəlxalq Humanitar Tibbi yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycani koronavirusa qarşı qida tövsiyələrini təqdim edir:

Koronavirus epidemiyası başlayanda türkiyəli həkimlərin "virusa qarşı kəllə paça yeyin" məsləhətinin nə dərəcədə düzgün olub-olmamasına Ağabəy Azərbaycanı bunları dedi:

" Kəllə -paça, xaş hara, koronavirus hara? Bunlar düzgün fikirlər deyil. Kəllə paçanın yağı çoxdur. Virus əksinə səthi yağlıdır, yağdan xoşu gəlir. Yağ onu qidalandırır. Amma kəllə-paçada kollagen çox olduğu üçün sümük və qığırdaqlara yaxşı təsir edir. Virusu aradan götürən turşudur, sitrusdur, səbzədir.

Professorun antivirus qidalar onluğuna bunlar daxildir:

- Papaya -ən çox vitamin C mənbəyi bu meyvədədir. Günlük C vitamini dozası bu meyvədə yetərli qədərdir. Bakıda da axtarsaz, tapa bilərsiz. Qüvvətli əzələ kütləsi artırır, A, B, fol turşusu var.

- Sarımsaq, soğan - soyuqdəymə, iltihab, viruslu xəstələr xolesterolu, təzyiqi normallaşdırır, parazitləri öldürür.

- Yaşıl çay - flavonoidlərlə zəngindir. Və Epigallocoachin gallete BUNA (AGCG) deyirlər, çox qüvvətli antioksidandtdır.

Mən özüm qara çay içmirəm. Çünki o zərərlidir, immuniteti zəiflədir. Yaşıl çay isə fermentə ve oksidə olmur, nəticədə immuniteti qaldırır. L tiamin isə mədə və mədəaltı vəzidə somatoestatinin hasilinə (ifrazina)kömək edir. Bu təsirlə mədəaltı vəzidən qaynaqlanan insulin hasilini tənzimləyir.

- Brokkoli -bir kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Bütün xəstəliklər, hətta xərçənglə mübarizə aparır. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeməlisiz. Sərbəst radikalları zərərsizləşdirir.

Ağciyərlər, döş qəfəsində infeksiyanı aradan qaldıraxda, damarların təmizlənmasine komakedir Kollagen yaradır, sümüklərimiz, dərimiz üçün vacibdir.Milli.az

Paylaş:

Ən son xəbərlər