“Rusiya çox yaxşı başa düşür ki, Azərbaycanı bu formata qaytarmaq üçün Dağlıq Qarabağı qaytarmaq lazımdır. Qarabağ olmasın, ən azı ətraf rayonlar qaytarılmalıdır. Onsuz da Ermənistan müstəqilliyə sahib deyil, Rusiya qərar versə ki, ətraf rayonlar Azərbaycana geri qaytarılmalıdır, o zaman Azərbaycanın Moskvanın rəhbərlik etdiyi ittifaqa geri dönməsi üçün hansı reaksiyanı verəcəyinə baxacaqlar”.
“Qarabağ olmasın, ən azı ətraf rayonlar qaytarılmalıdır” - ŞƏRH
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Fərhad Mehdiyev deyib.
“Lavrovun da bu sözləri Azərbaycanın nəbzini yoxlamaq üçün dilə gətirdiyini düşünürəm. Əgər Azərbaycan buna müsbət reaksiya versə, ətraf rayonların qaytarılması prosesini başlada bilərlər. Amma bu, indi mənə tələ kimi görünür” – F.Mehdiyev qeyd edib.Teleqraf