Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır

690
Paylaş:
Qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxsin barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Astara rayon prokurorluğundan verilən məlumata görə, martın 18-i Astara rayon Artupa kənd sakini Şamxal Şahverdiyevin qonşusu Alqış Quliyevi qəsdən öldürməyə cəhd etməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Şamxal Şahverdiyevin tanışı Saleh Yusifovla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını oğurluq yolu ilə talaması, bundan sonra həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub bıçaqla xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamxal Şahverdiyevə Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 157.1 (mənzil toxunulmazlığını pozma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələrilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:

Ən son xəbərlər