Ötən gün elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə bəzi riyaziyyat müəllimlərinin çubuqlu bölməni bilmədiyini söyləyib.
“Son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz. Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”,-deyə nazir bildirib.
Bəs, ölkədə riyaziyyat müəllimlərinin bu qədər zəif olmasının səbəbi nədir?