Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəli həmkarı Rəcəb tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.
Zelenski Türkiyədədir
Bu barədə Zelenski öz Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.APA