Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rəsul Quliyev: “Qarbaçovun hesabına bugünkü səviyyəyə qalxmısınız"

2 382
Paylaş:
Rəsul Quliyev: “Qarbaçovun hesabına bugünkü səviyyəyə qalxmısınız"

“Mixail Qarbaçov “perestroyka”sından (yenidənqurmasından) narazı olanların sayı kifayət qədərdir. Bir nömrəli narazı isə Putindir. O hesab edir ki, Qarbaçov sovet imperiyasını dağıdıb. Bu həqiqətdir! Ancaq bir məsələni anlamır ki, Qarbaçov “perestroyka”sı olmasaydı, Putin nəinki prezident, heç KGB-nin sədr müavini belə ola bilməzdi”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, Putin sahib olduğu dərraka ilə maksimum polkovnik ola bilərdi və artıq pensiyada idi: “Qarbaçovun “perestroyka”sı olmasaydı, sözsüz ki, Qarabağ  Azərbaycanın tərkibində idi. Amma Əbülfəz Elçibəy və Heydər Əliyev heç vaxt Azərbaycanda birinci adam ola bilməzdilər. Ayaz Mütəllibov isə maksimum 10 il işləyib təqaüdə göndərilmişdi. İndiki hakimiyyətdə olanların heç biri indiki vəzifələrinin heç 10 faizinə nail ola bilməzdilər. Mən özüm isə maksimum Azərbaycanda nazir və ya ittifaq nazirliyində (Moskvada) idarə rəisi işləyə bilərdim. Sözsüz məndə hazırda keçmiş məmur kimi 65 yaşı adlamış biri olaraq təqaüddə idim. Tarixdə baş vermiş bir hadisə və ya bir şəxsin apardığı siyasətin nəticələri fundamental fərqlidir. Bununla əlaqədar Lenindən tutmuş Putinə qədər ayrı-ayrı şəxslərin həyatda oynadıqları mənfi və ya Çörçildən tutmuş Reyqana qədər müsbət rollarından danışmaq olar. Bu həyatdır və dünyanın tarixidir. Bu gün baş verənlərin əbədi olmaq şansı təbii ki, yoxdur. Şəxslərdə dəyişəcək, tarixin gedişi də. Bugünkü liderlər ya unudulacaq, ya mənfilik bataqlığına qərq olacaq, ya da uzun müddətdə insanların xatirələrində müsbət şəxs kimi yaşayacaqlar. Qarbaçovun “perestroyka”sının hesabına hakimiyyətə gəlmişlərin onu təhqir və tənqid etməsi məntiqə uyğun deyil. Çünki Qarbaçovun hesabına bugünkü səviyyəyə qalxmısınız. Onsuz həyatda tutduğunuz yer maksimum kontor işçisi, müəllim, polis zabiti və sair ola bilərdi...”

Paylaş:

Ən son xəbərlər