Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib. "Qafqazinfo" xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.
Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.