Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xızıda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

751
Paylaş:

Xızı rayonunun Tıxlı kəndində bələdiyyə ərazisində yanğın baş verib.

Pravda.az xəbər verir ki, güclü külək səbəbindən yanğın meşə sahəsinə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  saytımıza bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdır.

“Vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyət hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırırıq”.

***

17:07

Ən son xəbərlər