Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şabranda mürəkkəb relyefli ərazidə yanğın başladı: 2 helikopter cəlb olundu

732
Paylaş:
Şabranda mürəkkəb relyefli ərazidə yanğın başladı:    2 helikopter cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Pravda.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər