Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın geniş ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
FHN-dən verilən məlumata görə, yanğın nəticəsində təxminən 15 hektar sahədə quru ot, kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.