"Elə bir limit yoxdur ki, filan yaşda ailə qurmalısan. Evim var, insan olan birini axtarıram. Ortada namizəd olmayandan sonra necə evlənim? Hamı adamdır, mən insan axtarıram". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Həmin Zaur" verilişində deyib. İfaçı aparıcı Zaur Kamalın "Neçə yaşında evlənəcəksən? Neçə yaşında qız istəyirsən" sualına belə cavab verib:
"20, 22, 25 yaşında qızla evlənəcəyəm".