Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Kiyev kaset bombaların Rusiya ərazisində istifadə olunmayacağına zəmanət verdi

772
Paylaş:
Kiyev kaset bombaların Rusiya ərazisində istifadə olunmayacağına zəmanət verdi

Ukrayna tərəfinin ABŞ kaset sursatlarından istifadə etməsi bir neçə şərtlə məhdudlaşdırılacaq.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Birincisi, onlar Rusiya ərazisində istifadə etməyəcəklər, bu mərmilərdən yalnız öz ərazilərində istifadə edəcəklər. İkincisi, onlardan yaşayış məntəqələrində istifadə etməyəcəklər”, - Sallivan bildirib.

O, həmçinin qeyd edib ki, Vaşinqton Kiyevi kaset sursatları ilə təchiz etmək qərarının NATO müttəfiqləri arasında ixtilaf yarada biləcəyini gözləmir./APA

Paylaş:

Ən son xəbərlər