Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Natiq Cəfərli: “Nə adamlar var, ala...”

986
Paylaş:
Natiq Cəfərli: “Nə adamlar var, ala...”

Bu gün yenə cəmiyyətin bəzi üzvlərinin nə qədər bəsit təfəkkürlü olduğu üzə çıxdı. İlqar Məmmədov və Rəsul Cəfərov günahsız yerə, haqsız olaraq illərdir həbs yatdılar, siyasi fəaliyyətlərinə görə həbs edildilər. Onlar haqqında Avropa Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin qərarları var – hər ikisi barəsində konvensiyanın 18-ci maddəsinin pozuntusu təsbit edilib. İlqar Məmmədov və digər şəxslərlə bağlı Avropa Şurası Nazirlər Komitəsi ciddi bir prosedur başlatmışdı, nəticədə Azərbaycanın Avropa Şurasında üzvlüyü sual altına düşə bilərdi. Heç kəs, əsas da demokratik adlanan düşərgə məmləkərin Avropa Şurasından çıxarılmasına, ya da fəaliyyətinin dondurulmasına xoş baxa bilməzdi – AŞ-da üzvlük Azərbaycanı sivil dünyaya bağlayan ən vacib xəttdir. Ona görə də, bu məsələnin ölkə hüquq çərçivəsində həlli Azərbaycanla Avropa Şurası arasında olan gərginliyi azaldacaq – bu isə çox yaxşı və vacib məsələdir.

Bu gün Ali Məhkəmənin Plenumu ölkənin hüquq sistemi çərçivəsində gec də olsa, ədalətli qərar verdi, bu qərar çox əhəmiyyətli, hətta tarixi qərardır: 1) Günahsız insanlar bəraət aldılar, 2) Gözəl bir presedent yarandı ki, siyasi tutumlu işlər ölkənin daxili hüquq məkanında öz ədalətli həllini tapsın, 3) Bu qərar digər siyasi motovli həbs olunanlara da işıq tutan, yol açan qərar olacaq.

Bütün bunlara sevinmək əvəzinə bəzilərinin təənəli yazılarını gördüm, şükür ki, belələri azdır, amma bəzi məsələlərə aydınlıq gətirmək lazımdır: 1) İlqar 5,7 il, 67 ay (!!!) həbs həyatı yaşayıb, qışda soyuq, yayda cəhənnəm istisi olan baraklarda, kameralarda susuz, yeməksiz, internetsiz, TV-siz, məlumatsız, daim təzyiqlərlə üzbəüz yaşamaq uğrunda mübarizə aparıb – buna görə İlqara 234 min yox, hətta 2 mln 340 min də versələr az idi. İndi karantin rejimində evdə-eşikdə, TV-yə baxa, İnternetə girərək, istəyənda duş qəbul edib, istəyənda divanda uzanaraq qalmaqdan hamı bezib – bəs 67 ay o şəraitdə qalmağı təsəvvür edirsinizmi, 2) REAL həmişə hökumətlə açıq və normal dialoqun, təmasların tərəfdarı olub, ilk gündən bunu demişik, hökumət düşmən deyil, rəqibdir. Rəqibi isə seçkilərdə yenmək lazımdır, amma rəqiblə təmas da qurulmalıdır. Sadəcə bəzi qaranlıq keçmişi olanlar hökumətlə daim gizli-qapalı danışıq aparıb, onlardan çantalarda nəğd pul alıb deyə, onlara açıq siyasi danışıqlar və məhkəmə qərarı ilə ayrılmış halal pul qəribə gəlir. Həmin adamların başında duranlar indi də bu hakimiyyətdən aldığı mənzillərdə yaşayırlar, 3) Bir çoxları Tofiq bəy məsələsini haqlı olaraaq qaldırır – Bəli, Tofiq Yaqublu İsmayıllı hadisələrində də, indi də haqsız yerə şərlənib həbs edilib, Tofiq bəy dərhal azad edilməlidir! Amma, ismayıllı hadisələri ilə bağlı Tofiq bəyin Avropa Məhkəməsinə göndərdiyi iş ayrı iş idi (prosedura görə ayrı-ayrı göndərilməli idi), İlqarın işi daha tez göndərildi, vəkillər daha keyfiyyətli iş ortalığa qoydular. İlqarın özü bütün yazışmaları ingilis dilində zindandan aparmağa başladı və nəticədə İlqar və Rəsulla bağlı iş daha tez baxılaraq qərara bağlandı. Amma dediyim kimi, bu gün daxili hüquq çərçivəsində verilmiş qərar hamı üçün, o cümlədən Tofiq bəy üçün yolaçan və presedent qərardır.

Yaxşı bəs bu qədər vacib və önəmli qərarla bağlı söz atanlara nə deyəsən indi?! REAL olaraq özümüz bəyanat yazmışıq ki, hökumətlə dialoq vacibdir, danışmaq lazımdır – bəzi fikri olub beyni olmayanlar ağıllı poza alıb, “gördüz, REAL hökumətlə danışır”, yazırlar. A bala, özümüz deyirik də bunu, danışıqlar da vacibdir ki, ölkə sivilləşsin, iqtidar-müxalifət münasibətləri düşmənçilik paradiqmasından çıxsın – bəyəm pisdir bu?! Düşmənçilik olsun?! Bəyəm cəmiyyət olaraq belə güclüyük ki, iqtidarla danışmadan camaata istinad edək?! Seçkiyə də, mitinqə də gəlməyən toplum üçün fərqli çıxış yolları haqqında düşünmək lazımdır, ölkə çox böyük böhran və çağırışlarla üzbəüz qalıb, Dünyada yeni düzən yaranır, bəziləri isə hələ də 88-ci ildə qalıblar. Olmur e belə, olmur ay qardaş, olmur ay bacı, qarayaxmalardansa bir az zaman tanıyın, görün bu işləri necə aparılacaq və bunun vətənə-millətə xeyri nə olacaq. Yəni, olmazmı belə yanaşasınız?! Nətər adamlar var ala...

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri

Paylaş:

Ən son xəbərlər