Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.