Aparıcı Elgiz Əkbər sosial şəbəkədə yazılan tənqidlərdən gileylənib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə bir çoxlarının yardım istədiyini, amma dələduz olduqlarını vurğulayıb:
"Çoxunu araşdıranda görürsən ki, uşağı xəstə deyil"
"Nə şəkil paylaşa bilirik, nə video qoyuruq. Başlayırlar nələr yazmağa, uşağını qoyurlar. Çoxunu araşdıranda görürsən ki, uşağı xəstə deyil. Tanınmışların səhifələrinə çöküblər. Cavab da verməyəndə daha irəli gedirlər: Allah bəlanızı versin. Allah bəlanı da versin... Danışıram, sonra peşman oluram. Mən sizin dələduz olmadığınızı haradan bilim? Ancaq girib yazırsınız".