"Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
Bu barədə Pravda.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.