Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
Prezidentin köməkçisi Türkiyə səfiri ilə Şuşa Bəyannaməsi üzrə hədəfləri müzakirə edib
Bu barədə Cahit Bağçı tviterdə bildirib.
Görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən bəhs edilib.