Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Əlincə kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyev Təbriz Elşad oğlu və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimova Sevinc Baxşəli qızı xəsarət alıb.