Xəbər verdiyimiz kimi, iyulun 10-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşını saxlayıb.
Nazirliyin 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) saxlanılması ilə bağlı yaydığı məlumatda qeyd olunurdu:
"Adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib".
Qeyd edək ki, DTX Əfqanıstan vətəndaşının Bakıda hansı ölkənin səfirliyində terror aktı törədəcəyini açıqlamamışdı. Ancaq xarici KİV-də bu məsələ ilə bağlı ilginc versiya səsləndirilib.