Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindəki yolda işıqlar yenidən söndürülüb.
Bir müddət öncə, daha dəqiq desək, mayın 29-da sözügedən ərazidə yol-nəqliyyat hadisəsi baş vermişdi. Yolu keçmək istəyən üç nəfəri avtomobil vurub öldürmüşdü. Bundan sonra sözügedən yolda işıqlandırma bərpa edilmişdi. Amma hazırda yol yenə qaranlığa qərq olub.