İyulun 8-i saat 23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarından birində ər-arvadın bıçaqlanması hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Vahid Kərimduxt və həyat yoldaşı, 1968-ci il təvəllüdlü İradəni bıçaqlayan şəxsin Vahidin ögey qardaşı olması müəyyənləşib. Həmin şəxs qardaşı Vahid digər şəxslərlə toyda oynayarkən sərxoş vəziyyətdə bıçaqla ona hücum edərək boğazını kəsib. Bu zaman Vahidin arvadı araya girmək istəyib və nəticədə o da boyun-boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır.