Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz.
Prezident: Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz
Pravda.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Ölkəmizin həmişə hüququn, o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, biz həmişə ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik.