Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Volodimir Zelenski NATO-nun sammitində iştirak etmək üçün Vülnüsə gəlib

682
Paylaş:
Volodimir Zelenski NATO-nun sammitində iştirak etmək üçün Vülnüsə gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə olaraq Vilnüsə gəlib. O, Polşa dövlət təyyarəsi ilə Litvanın paytaxtına uçub.

Bu barədə AZƏRTAC “LRT”-yə istinadla xəbər verir.

Məlumat verilir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da Vilnüsə gəlib. Jurnalistlərə bu məlumatı prezidentin mətbuat katibi Sergey Nikiforov verib.

Bu gün Vilnüsdə Ukraynanın da iştirak etdiyi NATO-nun üzvü olan ölkələrin sammiti işinə başlayıb.

Kiyev sammitdə Alyansa qoşulmaq üçün dəvət almaq niyyətindədir, eyni zamanda Ukrayna başa düşür ki, ölkə yalnız müharibə başa çatandan sonra NATO-nun tamhüquqlu üzvü ola bilər.

Paylaş:

Ən son xəbərlər