Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

“Mikrofonu dartdız deyə belə oldu” - Spikerdən deputata İRAD

1 295
Paylaş:
“Mikrofonu dartdız deyə belə oldu” -       Spikerdən deputata İRAD

Bu gün parlamentin iclasında deputat Bəhruz Məhərəmova söz verilərkən onun mikrofonunda problem yaranıb.

Pravda.az-ın xəbərinə görə, koronavirus pandemiyasına görə izolyasiya tədbirlərinə görə deputatların bir qismi zalın arxa hissəsində, qonaqlar üçün nəzərdə tutulmuş yerdə otururlar. Deputatlar tək-tək oturduğu üçün zalda hamısına yer çatmır. B.Məhərrəmov da qonaqlar üçün nəzərdə tutulmuş yerdə əyləşib və onlar üçün ayrıca avadanlıq quraşdırılıb. B.Məhərrəmov çıxışa başlayarkən səsləndirmədə problem yaşanıb.

Deputat daha sonra başqa stolda əyləşərək çıxış edib və yaranan problemə görə texniki işçilərin adından üzr istədiyini bildirib. O çıxışını bitirərkən spiker Sahibə Qafarova ona irad tutub: “Səhvi siz etdiniz, texniki işçilər yox. Mikrofonu dartdığınız üçün səs kəsildi”.Qafqazinfo

Paylaş:

Ən son xəbərlər